SON XƏBƏR

Ermənistanın yeni xarici işlər naziri keçmiş səfirdir

Noyabr 19
12:27 2020
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 18-də xarici işlər nazirinin müavini Ara Ayvazyanı nazir təyin edib.

"AzPolitika.info" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ayvazyan xarici işlər nazirinin müavini vəzifəsinə iki gün əvvəl – noyabrın 16-da təyin edilmişdi.

Yeni xarici işlər nazirinin 51 yaşı var. O bundan əvvəl Ermənistan Respublikasının Meksikada, Kosta-Rikada, Kubada, Hondurasda, Qvatemalada, Panamada və Baltikyanı ölkələrdə səfiri vəzifələrində çalışıb.

Xatırladaq ki, Azərbaycanla 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda siyasi böhran yaranıb. Birləşmiş müxalifət qüvvələri Paşinyanın istefasını, yeni seçkilərin keçirilməsini tələb edirlər.

Ölkədəki etirazlar hakim komanda da mərkəzdən qaçma tendensiyasına rəvac verib. Noyabrın 16-da xarici işlər naziri Zohrab Mnatsakanyan, bir gün sonra onun müavini Şavarş Koçaryan vəzifəsindən istefa verib. Ermənistanın fövqəladə hallr naziri də tutduğu vəzifədən ayrılıb, "Mənim addımım" fraksiyasının bir neçə üzvü də Paşinyan komandasından getdiklərini bəyan ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook