SON XƏBƏR

Ermənistanın hərbi təyyarəsi qəzaya uğradı, iki pilot öldü

Dekabr 04
15:18 2018
Gümrü şəhərindəki aeroportdan havaya qalxan və radarlardan itən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyanməlumat verib. Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.

Qəza nəticəsində döyüş təyyarəsinin iki pilotu ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır. 

(Qaynarinfo.az)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook