SON XƏBƏR

Ermənistanın Baş Qərargah rəisi: "Atəşkəsə razılıq verməsəydik..."

Aprel 02
11:36 2021
"Aprel döyüşlərindən 44 günlük müharibədə nəticə çıxarmasaydıq fərqli yekun olardı”.

"Report” "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistan atəşkəsə razılıq verməsəydi vəziyyət daha acınacaqlı ola bilərdi: "Əlbəttə, ilk növbədə Qarabağı bütövlükdə itirərdik. İkincisi, biz bu döyüşləri 15-20 gündən sonra dayandırmalı idik”.

Artak Davtyan deyib ki, apreldəki 4 günlük hərbi əməliyyatlar müharibə adlana bilməz.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook