SON XƏBƏR

Ermənistanın baş naziri postuna yenidən Paşinyanın namizədliyi irəli sürüldü

Oktyabr 30
12:22 2018
Ermənistan parlamentinin deputatlarının üçdə biri bu gün baş nazir postuna yenidən baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyini irəli sürüb. Virtualaz.org "Ermənistan xəbərləri”nə istinadən bildirir ki. bu barədə parlamentin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Knyaz Saroyan məlumat verib.

Qeyd edək ki, axşam saat 6-da namizədlərin irəli sürülməsi üçün ayrılan vaxt başa çatır.

Daha öncə Paşinyan jurnalistlərlə söhbətində demişdi ki. bu proses sırf formal xarakter daşıyır.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına görə, parlamentdə baş nazir dalbadal iki dəfə seçilə bilmirsə, qanunverici orqan avtomatik olaraq buraxılır və ölkədə növbədənkənar parlament seçkiləri elan edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook