SON XƏBƏR

Ermənistanda sərhəd qoşunlarının 37 hərbçisi ölüb, 243-ü yaralıdır

Oktyabr 27
15:38 2020
İşğalçı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları münaqişə bölgəsindəki döyüş əməliyyatları zamanı 37 nəfərin öldüyünü açıqlayıb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Armen Abazyan mətbuat konfransında deyib.

"Döyüşlərə Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçuları cəlb edildi. Təəssüf ki, 37 nəfər öldü, 4 nəfər itkin düşdü. Daha 243 nəfər xəsarət aldı”, - deyə o bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook