SON XƏBƏR

Ermənistanda PKK əməliyyatı başladı

Fevral 19
12:03 2018
Ermənistanın Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri İrəvanda PKK terrorçularının həbsi üçün axtarışlara başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Haykakan Jamanak” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, bu məqsədlə bəzi erməni və kürd tələbələr hüquq-mühafizə orqanlarına çağırılıb. 

Qeyd edək ki, ötən həftə PKK terrorçularının Türkiyədən qaçaraq Ermənistana sığınması barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Ermənistan sərhədlərini qoruyan Rusiya hərbçiləri onların ölkəyə girişinə şərait yaradır. 

Onu da qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın işğal altındakı torpaqlarında PKK-çıların 12 düşərgə yaratdığı və bu düşərgələrdə 1750 terrorçunun təlim keçdiyi barədə məlumatlar yayılmışdı.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook