SON XƏBƏR

Ermənistanda nazir etiraz aksiyalarına dəstək məqsədilə istefa verib

Aprel 25
15:17 2018
Ermənistanın idman və gənclərlə iş üzrə nazir Qraçya Rostamyan istefa verib və etiraz aksiyalarına qoşulacağını bəyan edib
 
"Aysor.am”ın verdiyi məlumata görə, nazirin "Facebook” səhifəsində yer alan bəyanatında qeyd olunub ki, o, "Çiçəklənən Ermənistan” partiyasının üzvü olaraq partiya sədri Qaqik Tsarukyanın ümummilli birləşmə çağırışını dəstəkləyir və aksiyalara qoşulur.

Keçmiş nazir Ermənistan Respublika Partiyası və "Daşnaksütyun” partiyasından olan həmkarlarını da xalqa qoşulmağa çağırıb. (APA)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook