SON XƏBƏR

Ermənistanda koronavirusdan ölənlərin sayı kəskin artdı

May 04
11:25 2020
Ermənistanda daha 121 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər virusdan ölüb.

"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 507-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 39 nəfər ölüb.

Bundan başqa, indiyədək 1 071 nəfər koronavirusdan sağalıb.

Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında ÇininUhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 567 000-i ötüb. Bunların 1 157 014 nəfəri sağalıb, 248313nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook