SON XƏBƏR

Ermənistanda koronavirusdan ölənlərin sayı 40-a çatdı

May 05
11:10 2020
Ermənistanda daha 112 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.

"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 619-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 40 nəfər ölüb.

Bundan başqa, indiyədək 1 111 nəfər koronavirusdan sağalıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook