SON XƏBƏR

Ermənistanda beşmərtəbəli binada partlayış baş verib, hadisə yerində detonatorlar aşkarlanıb

Sentyabr 17
10:55 2018
Ermənistanın Razdan şəhərində partlayış baş verib, hadisə yerində mütəxəssislər detonatorlar aşkar ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyindən partlayışın beşmərtəbəli binada baş verdiyi, heç kimin xəsarət almadığı bildirilib.

Xilasedicilər ərazini mühasirəyə alaraq 30 sakini təxliyyə ediblər.

Partlayış nəticəsində binanın divarları dağılıb, pəncərələr, qapılar, əmlaklara ziyan dəyib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook