SON XƏBƏR

Ermənistanda Azərbaycan yağı satılır? - Yeni faktlar

Yanvar 05
03:48 2019
İrəvanda Azərbaycan istehsalı olan kərə yağları satılır.

Axar.az xəbər verir ki, bu məlumatı erməni mediası yayıb.

Erməni mətbuatı "Yeni il sürprizi. Bəli, Ermənistan paytaxtının ticarət pavilyonlarında "qardaş Azərbaycanın” yüksək keyfiyyətli kərə yağlarını tapmaq mümkündür” sözlərini yazan Sona Aqekyanın statusunu paylaşıb.

Aqekyan satılan yağın Azərbaycanda "Farmer” şirkətinə məxsus "Moskovskoye” yağları olduğunu deyib.

"Sputnik Ermənistan” saytına danışan erməni ekspertlər isə belə mallara marketlərdə rast gəlmədiklərini bildiriblər. 

Onlar bu tip malların daha çox küçələrdən alına biləcəyini söyləyiblər.
 
Farmer MMC-nin qanuni təmsilçisi Elşad İbrahimov adlı şəxsdir. 
 
Elşad İbrahimov buna qədər 2009-cu ildə təsis edilən 100 000 manat kapitala malik "AFB Capital" MMC-nin qanuni təmsilçisi olub.  
 
Brokerlik fəaliyyəti ilə mşğul olan "AFB Capital" MMC 2011-ci ildə öz istəyi ilə ləğv edilib.
 
"AFB Capital" MMC-nin təsisçisi AFB BANK ASC olub.

(Arqument.az)
 

 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook