SON XƏBƏR

Ermənistan XİN rəhbərinin müavini ölkəsinin acizliyini etiraf edib

İyun 13
09:30 2018
«Belarusu Ermənistanla müqavilələr bağlayır, o Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, bu isə Minskin üzərinə özünü müttəfiq kimi aparmaq öhdəliyi qoyur. Hazırkı vəziyyətdə isə Belarusun addımı onun öhdəliklərinə uyğun gəlmir”.
 
APA-nın "news.am”-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryan Belarusun Azərbaycana "Polonez” tipli raket kompleksləri satmasına münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, söylənilənlər nəinki Belarus, həmçinin KTMT-nin digər üzvlərinə də aiddir.
 
Şavarş Koçaryanın sözlərinə görə, problemin həlli yolu ölkənin özündədir: "Dövlətlər ilk növbədə öz maraqlarını rəhbər tutur. Bir ölkənin digərinin maraqlarını pozmaması üçün, sonuncunun daha nüfuzlu olması gərəkdir”.
 
Nazir müavini əlavə edib ki, Ermənistan nə qədər nüfuzlu, dünya üçün başa düşülən və qəbul edilən olarsa, digər ölkələrdən Yerevanın maraqlarına riayət etməsini bir o qədər tələb edə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook