SON XƏBƏR

Ermənistan XİN rəhbəri: “Yerevan Azərbaycanın AİB-ə üzv olmasına qarşı çıxacaq”

İyun 08
00:39 2018
Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı çıxacaq. APA-nın xəbərinə görə, bunu Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyan Rusiyanın "Kommersant” nəşrinə müsahibəsində bildirib.
 
"AİB əməkdaşlıq təşkilatıdır, Azərbaycan isə hazırda Ermənistanı bloklayır və bizim əleyhimizə birtərəfli tədbirlər görür”, - deyə Z.Mnatsakanyan bildirib.
 
Qeyd edək ki, AİB 2015-ci ilin yanvarın 1-də Gömrük Birliyi və Vahid İqtisadi Məkan bazasında yaradılıb. Hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan AİB-ə üzvdürlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook