SON XƏBƏR

Ermənistan XİN-in keçmiş başçısına ölkəni tərk etmək qadağan olundu

Oktyabr 18
12:24 2018
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana ölkəni tərk etmək qadağan olunub.

Virtualaz.org "Johovurd” erməni nəşrinə istinadən xəbər verir ki, Oskanyanın adı ölkənin ən iri iş adamlarından biri Samvel Mayrapetyanın cinayət işində hallanır.

"Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan hüquq-mühafizə orqanlarının maraq dairəsinə düşüb. İş adamı Samvel Mayrapetyanın tutulmasından bir neçə gün sonra Oskanyan ölkəni tərk etməyə cəhd edib, lakin bu ona qadağan olunub”, - qəzet yazır.

Samvel Mayrapetyan konstitusiya quruluşunun devrilməsində ittiham olunan Ermənistanın keçmiş prezidenti Robert Köçəryana yaxın adam hesab edilir. İş adamı H2 telekanalının və "Toyota Yerevan” distribütor mərkəzinin sahibidir, həmçinin Ermənistan paytaxtının mərkəzində elit daşınmaz əmlak tikintisi ilə məşğul olur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook