SON XƏBƏR

Ermənistan Talış kəndini və Cənub istiqamətində ərazi itirdiyini etiraf etdi

Sentyabr 27
23:30 2020
"Talış kəndi və cənub istiqamətində ərazi itkiləri var (Füzuli və Cəbrayıl rayonlarının 7 kəndinin azad edilməsi nəzərdə tutulur ki, bu da Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bəyan edilib – red.).

Qlobal.az Virtualaz.org-a istinadla bildirir ki, bunu "Qarabağ separatçılarının lideri, qondarma " DQR prezidenti " Araik Arutyunyan bugünkü brifinq zamanı deyib.

"Bu günə qədər olmayan tammiqyaslı müharibə gedir. O, bütün təmas xətti boyunca - Ömərdən (söhbət Azərbaycan Ordusunun azad etdiyi Ömər-Murovdağ strateji yüksəkliyindən gedir-red.)  Araza qədər davam edir ”, - deyə A.Arutyunyan vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook