SON XƏBƏR

Ermənistan Rusiya müxalifətçisinə siyasi sığınacaq verib

Sentyabr 04
11:42 2019
Ermənistanın miqrasiya xidməti Rusiya müxalifətçisi, ictimai-siyasi xadim Vitali Shishkin-ə qaçqın statusu və sığınacaq verib.

Xidmətin bu barədə bəyanatında deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Shishkin-in həyatına real təhklükə yarana bilərdi.

Shishkin-in özü bu barədə deyib: "Mən Ermənistanda qaçqın statusunu Rusiyada siyasi motivlərlə təqib olunduğuma görə almışam. Qaçqınlığın müxtəlif növləri var. Məsələn müharibə qaçqını kimi. Amma mən əvvəlcədən keçmiş siyasi məhbus kimi siyasi sığınacaq almağa çalışırdım”.

Azatutyun yazır ki, Shishkin Ermənistana 6 ay bundan əvvəl – 2019-cu ilin 22 yanvarında gəlib. Onun sözlərinə görə son dəfə Ermənistanda 2011-ci ildə olmuşdu və o vaxtdan bəri ölkə xeyli dəyişib. O, 2019-cu ilin yanvarında həbsxanadan çıxan kimi Ermənistana gəlib. Özünün dediyinə görə siyasi motivlərlə həbs olunaraq 4 il həbsxanada saxlanıb:

"Mənim xarici pasportumun müddəti qurtarmışdı. Mən yeni pasport almaq istəyəndə pasport masasındakı qızlar mənə dedilər ki, mənə pasport müstəsna olaraq Federal Təhlükəsizlik Xidməti tərəfindən verilə bilər. Buna görə də mən Ermənistandan başqa heç yerə gedə bilməzdim. Burada bir əvvəl çox gözəl hadisələr baş vermişdi. Mən də düşündüm ki, indi bura əvvəlkindən tamamilə fərqli ölkədir”.

Shishkin-in dediyinə görə ona hazırda Rusiyada axtarış elan olunub.

Lakin Ermənistan Baş Prokurorluğundan Azatutyuna bildiriblər ki, Shishkin bu axtarış əsasında aşkar olunub həbs edilmədiyinə görə, onun təslim edilməsi barədə heç bir ölkədən müraciət olunmayıb.

Amma Rusiya müxalifətçisi deyir ki, Ermənistana gəldiyi günün ertəsi vətənində ona qarşı bir neçəmaddə üzrə ittiham irəli sürülüb. Shishkin bildirir ki, bu ittihamlardan biri də onun qanunsuz olaraq Ermənistana gəlməsidir.

Shsihkin Ermənistandan başqa ölkəyə gedə biləcək

Azatutyun yazır ki, miqrasiya xidməti Shishkin barədə təfərrüatlı məlumat vermək istəməyib. Xidmətdən bunun şəxsi informasiya olduğunu bildiriblər.

Bu da qeyd olunur ki, Ermənistan Respublikasının "Siyasi Sığınacaq Haqqında Qanunu” ilk dəfə Shishkin-ə tətbiq edilib. Shishkin Rusiya mediasında onun barəsində yayılan xəbərləri təbliğat adlandırır.

Azatutyun yazır ki, indi Shishkin Ermənistanda qaçqın pasportu ala və istədiyi xarici ölkəyə gedə bilər. Lakin o buna qədər Ermənistanda Qaregin Njdeyə həsr edilmiş kitabının təqdimatını təşkil edəcək.

Bu da qeyd olunur ki, Rusiya Memorial insan haqları təçkilatı Shishkin-i siyasi məhbus kimi tanımışdı. (AzadlıqRadiosu) 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook