SON XƏBƏR

Ermənistan prezidenti: “Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində əsas rollardan birini oynayır”

Aprel 10
13:25 2018
"ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində əsas rollardan birini oynayır”.
 
"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın yeni prezidenti Armen Sarkisyan TASS-a müsahibəsində bildirib.
 
O qeyd edib ki, 23 il əvvəl Qarabağda atəşkəsə Rusiyanın vasitəçiliyi sayəsində nail olunub.
 
A.Sarkisyan bildirib ki, yaxın günlərdə Moskvaya səfər edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook