SON XƏBƏR

Ermənistan prezidenti 6 naziri istefaya göndərdi

Oktyabr 03
15:00 2018
Ermənistanda prezident Armen Sarkisyan 6 naziri istefaya göndərib.

Qlobal.az xəbər verir ki, bu barədə prezident fəərman imzalayıb. Fərmana əsasən, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryan (hamısı "Çiçəklənən Ermənistan" partiyasından), iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryan ("Daşnaksütun" partiyası) istefaya göndərilib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcəyini açıqlamışdı: "Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, mən istefaya gedəcəm. Ancaq baş nazir vəzifələrini icra edəcəyəm".

(Qaynarinfo.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook