SON XƏBƏR

Ermənistan parlamenti sədrinin müavinləri də bəlli oldu

May 19
13:52 2017
Mayın 19-da Ermənistan parlamentinə sədr müavinləri seçilib. Novator.az-ın məlumatına görə, ölkənin tarixində ilk dəfə parlament sədrinin bir müavini müxalifəti təmsil edəcək. Sarukyan blokundan Mikael Melkumyan gizli səsvermədə 65 deputatın dəstəyini alıb.
 
Parlament sədrinin digər müavinləri hakim Respublika Partiyasının üzvləridir. 84 səs alan Eduard Şarmazanov üçüncü dəfə sədr müavini kürsüsünə oturub.
 
Digər müavin sabiq ədliyyə naziri Arpine Ovannisyandır. O, 73 səs alıb.
 
Bu il aprelin 2-də keçirilmiş parlament seçkisində Respublika Partiyası 105 nəfərlik Milli Məclisə 58 mandat qazanıb. Hökumətdə Respublika Partiyasının ortağı olan Daşnaksütun Partiyası 7 mandat götürüb. Sarukyan bloku 31, "Çıxış” bloku 9 mandat əldə edib.
 
Mayın 18-də fəaliyyətə başlayan yeni parlamentə həmin gün Respublika Partiyasından Ara Babloyan sədr seçilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook