SON XƏBƏR

Ermənistan ordusunun silah anbarında partlayış olub, 12 nəfər ölüb, xeyli sayda yaralı var

Noyabr 04
15:43 2017
Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Agdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib. 
 
"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib.
 
İlkin məlumata görə, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.
 
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.
 
Hazırda araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook