SON XƏBƏR

Ermənistan ordusunda həbslər başladı

Noyabr 16
18:06 2020
"Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların ölümünə səbəb olan zabitlər arasında həbs edilənlər var”.

"Sputnik Ermənistan”-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin İtkin düşmüş və Əsir götürülmüş şəxslərlə İş üzrə komitəsinin sədri, polkovnik Vitali Voskanyan bildirib.

"Hərbçilərin günahsız yerə ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”, - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanılıb və kifayət qədər dəlillər toplanıb.

Voskanyan bəzi şəxslərə qarşı cinayət işinin başladıldığını və bəzilərinin əməllərində cinayət tərkibinin olduğunu deyib.

"Topladığımız bütün materiallar İstintaq komitəsinə göndəriləcək”, - deyə o sözlərinə əlavə edib.
 
"Qafqazinfo”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook