SON XƏBƏR

Ermənistan ordusu öz hərbi hissələrini bombaladı

Noyabr 14
12:51 2017
Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.
 
Report xəbər verir ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib.
 
Hazırda istintaq tədbirləri həyata keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook