SON XƏBƏR

Ermənistan hökuməti Rusiya vətəndaşları barəsində qəribə qərar verdi

Fevral 23
16:41 2017
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, Rusiya vətəndaşları artıq ölkədaxili pasportları ilə də Ermənistana səfər edə bilərlər.
 
Yəni bunun üçün xarici pasportun olması vacib deyil.
 
Virtualaz.org "RİA Novosti” agentliyinə istinadən bildirir ki, T.Balayan xüsusilə vurğulayıb ki, hökumətin qərarına əsasən, rusiyalılar Ermənistana daxili pasportlarla yalnız təyyarə ilə gəlmək hüququna malikdirlər. Quru yolu ilə bunun edilməsinə icazə verilməyəcək.
 
Qəribə isə odur ki, Ermənistanla Rusiyanın ümumi sərhədi yoxdur və rusiyalılar quru yolu ilə yalnız üçüncü ölkələr vasitəsilə Ermənistan sərhədini keçə bilərlər ki, həmin ölkələrə Rusiya vətəndaşları daxili pasportları ilə buraxılmırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook