SON XƏBƏR

Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

Aprel 25
09:27 2018
Müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında danışıqlar ləğv edilib

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bu barədə məlumatı Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan yayıb.

O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir.

Avinyan bildirib ki, Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir: "Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz.

Respublika Partiyası isə məsələnin bu cü qoyuluşuna qarşıdır”.

Qeyd edək ki, bundan öncə N.Paşinyan Respublika Partiyasının heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook