SON XƏBƏR

“Ermənistan başqa dövlətin yedəyində gedir” - Siyavuş Novruzov

May 24
11:18 2019
"Ermənistan özünü müstəqil dövlət elan etsə də elə deyil. Onlar hansısa dövlətin yedəyində gedir”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, bu gün Cənubi Qafqazda, eləcə də postsovet məkanında və Avropada az-az müstəqil dövlət var, onlardan biri də məhz Azərbaycandır: "Ermənistan nə xarici, nə də daxili siyasətində, nə iqtisadi-sosial siyasətində müstəqil hər hansı addım ata bilmir. Ona görə də orada keçirilən seçkilər zamanı və ondan əvvəlki dövrlərdə Ermənistanın vəziyyətinin günü-gündən ağırlaşdığı dəfələrlə proqnozlarda qeyd olunurdu. Aparılan tədqiqatlar göstərir ki, ildə 100 mindən artıq insan Ermənistanı tərk edir, heç bir müəssisə və təşkilat orada fəaliyyətini davam etdirmir”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook