SON XƏBƏR

Ermənilərin Bakıya təxribatına gürcü jurnalist də qoşuldu

Mart 26
10:28 2017
Ermənistan mediasının Azərbaycana qarşı təxribat, dezinformasiya savaşına bəzi gürcü jurnalistlər də qoşulub.
 
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Diana Museliani isimli gürcü jurnalisti "accent.com.ge” saytında ötən il Azərbaycanın şimal rayonlarından hazırladığı reportajda gürcülərin Azərbaycanda sıxışdırıldığını iddia edib:
 
"Məsələn, yazıb ki, guya vaxtilə Qax rayonunda 40 min gürcü yaşayırmış, indi onların sayı 5 minə enib. Və özü də məqalədə Qaxı "tarixi gürcü rayonu” kimi qələmə alıb. Guya Qaxdakı gürcülər o qədər dözülməz şəraitdə yaşayırlar ki, doğma evlərini tərk edirlər. Görün gürcü müəllif məqaləsində nə yazır: "Azərbaycandakı gürcü aiələlərin huquqları pozulur. Həyat səviyyəsi həddindən artıq aşağıdır, torpaqları əllərindən alınır, deyirlər ki, köçün Gürcüstana”.
E.Şahinoğlu bütün bunların böhtan olduğunu diqqətə çatdırıb:
 
"Dəfələrlə Qaxda olmuşam, gürcülərlə də söhbət etmişəm, sıxışdırmaları haqqında bir kəlmə belə eşitməmişəm. Bəli, başqa rayonlarda olduğu kimi, Qaxda da işsizlik var, həyat şərtləri yüksək deyil, torpağı əkib-becərmək asan deyil, ancaq bu vəziyyət həmin bölgədə yaşayan bütün millətlər üçün eynidir. Bilmirəm, təxribat xarakterli həmin məqaləni Azərbaycanın Gürcüstandakı səfirliyi oxuyub ya yox, ancaq bu cür məqalələr cavabsız qaldıqca, ermənilər daha çox gürcü jurnalisti Azərbaycan əleyhinə oyunun içinə salacaqlar. Onu da qeyd edim ki, Azərbaycana qarşı təxribat xarakterli bu yazını mənə Qərb diplomatlarından biri göndərib. Demək, "Qaxda gürcülərin haqları pozulur” yazısını oxuyanların sayı az deyil”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook