SON XƏBƏR

“Erməniləri sevən Leyla Yunus kimilər narahatdır” - Çingiz Qənizadə

Oktyabr 17
12:33 2018
Qalmaqallı Leyla Yunus mühacirətə getdikdən sonra da müxtəlif platformalardan istifadə edərək hər zaman Azərbaycana qarşı yalan, böhtan və qərəz dolu çıxışlar edir. Onun Avropadakı erməni şəbəkəsi ilə əlaqəli olması heç kimə sirr deyil. Azərbaycanda olarkən "hüquq müdafiəçisi” statusundan istifadə edən bu şəxsin "sülh və demokratiya” pərdəsi altında "siyasi məhbus” alveri etməsi də hər kəsə bəllidir. Məhz bu pullar hesabına Hollandiyada özünə mənzillər alan Leyla Yunus çağırıldığı hər yerdə Azərbaycana hədəf alır. O, bu dəfə Rusiyanın "Nastoyaşee Vremya” telekanalına müsahibəsi zamanı Azərbaycanda "gördüyü işlər” və "layihələr” barədə sərsəm fikirlərini səsləndirib.

Bəs görəsən Leyla Yunus bu addımları ilə nəyə nail olmaq istəyir?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a bildirib ki, Leyla Yunusun məqsədi bəllidir və o, Azərbaycanla bağlılığı olmayan bir adamdır.

"O, heç vaxt Azərbaycan dövlətini, hakimiyyətini, xalqını qəbul etməyib. Leyla Yunus Azərbaycanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, istər ulu öndər Heydər Əliyevin vaxtında, istər prezident İlham Əliyev dövründə, istərsə də ondan əvvəlki Mütəllibov, Elçibəy dönəmlərində heç bir halda dövləti, onun rəsmilərini sevən bir insan olmayıb. Onun yeganə məqsədi varlanmaq olub. Bunu da qeyri-hökumət təşkilatı olaraq xaricdən müəyyən maliyyə vəsaiti almaqla, onların sifarişi əsasında Azərbaycana, onun siyasi rəhbərliyinə, hakimiyyət qollarına böhtan atmaqla həyata keçirib. Beləliklə də həmin maliyyə mənbələrini öz məqsədi üçün istifadə edib. Bilirik ki, hələ burada olarkən xaricdən aldığı qrantlar hesabına bir neçə mənzil, ofis alıb. Bu faktı vaxtı ilə digər vətəndaş cəmiyyəti institutlarının rəhbərləri də qeyd etmişdilər”.

Deputat qeyd edib, Azərbaycan-Rusiya münasibətlərinin dostluq istiqamətində artan inkişafı Ermənistanı narahat etdiyi kimi, erməniləri sevən Leyla Yunus kimilərini də narahat etməyə başlayıb.

"Onlar erməni dostlarının, qardaşlarının siyasi xəttinə uyğun olaraq Azərbaycanla Rusiya arasında hansısa bir formada şübhə toxumu səpmək, nifaq salmaq yolunu tutublar. İndi də Leyla Yunus Rusiyanın hansısa bir mətbuat orqanında Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin, mətbuatın, qeyri-hökumət təşkilatının olmaması ilə bağlı yalan, iftira və böhtan dolu fikirlərini bildirir. Məqsəd aydındır, hədəf Azərbaycan dövlətidir, siyasi hakimiyyətidir, xalqımızdır. Çünki Azərbaycan siyasi hakimiyyətini xalq formalaşdırır. Bu adamın yeganə məqsədi Azərbaycan dövləti və xalqına qarşı qarayaxma kampaniyasında iştirak etməklə, xaricdən daha çox maliyyə vəsaiti almaq və özünün şəxsi varidatını artırmaqdır”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook