SON XƏBƏR

Ermənilər öz bayraqlarını belə aşağıladı: baş nazir ayağına geyəcək (FOTOLAR)

Oktyabr 06
12:26 2018
Kanadanın baş naziri Castin Trudo 11 oktyabrda Ermənistanda keçiriləcək beynəlxalq bir tədbir üçün İrəvana səfər edəcək.

Qlobal.az femida.az-a istinadən xəbər verir ki, rəngli corabları ilə məşhur olan 46 yaşlı baş nazirə ermənilər tərəfindən sürpriz hazırlanır.

Belə ki, Ermənistanın yerli şirkətlərindən biri ona üzərində Ermənistan bayrağı olan corab hədiyyə etməyi planlaşdırır. Kanadanın baş naziri ilə yanaşı bu corablardan Ermənistanın baş naziri Nikol Paşinyana da təqdim ediləcək.

Qeyd edək ki, C.Trudo rəsmi tədbirlərdə, bir çox siyasi zirvələrdə geyindiyi rəngarəng və bir-birindənm fərqlənən corablarla tanınır. Son olaraq o, 2018-ci ilin yanvarında Davos Dünya İqtisadi Forumunda Trudeau bənövşəyi və sarı ördək naxışlı corablarla mətbuatın diqqət mərkəzinə düşmüşdü.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook