SON XƏBƏR

Ermənilər Şuşa məscidinin “açılışını” etdilər – FOTOLAR

Oktyabr 15
12:49 2019
Ermənilər rekonstuksiya adı ilə tanınmaz hala saldıqları Şuşa məscidinin "açılışını” oktyabrın 14-də gerçəkləşdirib.

Modern.az xəbər verir ki, layihəni Ermənistanın "İDeA” fondunun maliyyəsi hesabına İranın "Part Saman Jahan” memarlıq şirkəti həyata keçirib. Şuşa məscidinin rekonstruksiyadan sonra açılış mərasiminə əcnəbi qonaqlar da qatılıb.

Layihənin əsas maliyyəsini erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan ayırıb.

Tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiya adı ilə tanınmaz hala salan düşmən tərəfi yaxınlıqda yerləşən mədrəsə də ciddi dəyişikliklər aparıblar.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook