SON XƏBƏR

Ermənilər işğal altında olan Böyük Mərcanlı kəndində yanğın törədiblər

May 25
13:03 2017
Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində yanğınlar törətməkdə davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün günorta saatlarından Cəbrayıl rayonunun işğal altında olan Böyük Mərcanlı kəndində böyük yanğınlar müşahidə olunur.

Yanğın geniş ərazini əhatə edir. Küləkli hava yanğının daha da genişlənməsinə şərait yaradır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook