SON XƏBƏR

Ermənilər ərazilərimizi yenidən atəşə tutdu (RƏSMİ)

Oktyabr 23
11:08 2020
Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook