SON XƏBƏR

Ermənilər daha bir mülki şəxsi yaraladı

Oktyabr 01
12:55 2020
Bu gün səhər saatlarından başlayaraq Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutur.

Qlobal.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, düşmən tərəfindən atılan mərmi nəticəsində rayonun Azad Qaraqoyunlu kənd sakini, 1978-ci il təvəllüdlü Mehdiyev İsmayıl Rüstəm oğlu yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün ümumilikdə Tərtərə 400-ə yaxın mərmi düşüb. Bu mərmilərdən biri mülki sakin 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun ölümünə səbəb olub. Bundan başqa, bir sıra yaşayış evləri və iaşə obyektləri dağılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook