SON XƏBƏR

Erməni toruna düşmüş satqınlar - Xəyanətin xronikası

İyun 27
09:47 2019
Sağlam düşüncəli insanlar onları ciddiyə almır İrəvanda Azərbaycan əleyhinə təbliğat aparan "OTV” internet kanalının aparıcısı separatçı (Zabil Mədoj) Zabil Məhərrəmovun növbəti "debatı”nın qonağı Zahirəddin İbrahimi olub.

Zabil onu "talış xalqının hüquqları uğrunda mübarizə aparan mücahid”, "alim, filoloq, hüquq müdafiəçisi” kimi təqdim edib. Debatın mövzusu yenə İrəvan Dövlət Universitetində keçirilən "Talışşünaslıq konfransı”na həsr olunub. Maraqlıdır ki, özlərinin "talış xalqının milli kimliyi, dili, ədəbiyyatı uğrunda mübariz” adlandıranlar bütün veriliş və proqramlarını Azərbaycan dilində aparırlar. Zabil bunu "proqramın daha çox insan tərəfindən seyr edilməsi” zərurəti ilə izah edib. Lakin hər kəsə bəllidir ki, Zabil, Azərbaycana və talış xalqına arxa çevirmiş digər satqınlar, bölücülər yalan danışırlar. Başda Əlikram Hümmətov, Fəxrəddin Abbaszadə olmaqla digər separatçılar bunu Ermənistan xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirirlər.

Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan adlı faşist dövlətinə sığınmış bu satqınlar guya bununla "öz xalqlarına xidmət edirlər”. Əksinə, onların hərəkəti Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş talış əsgər və zabitlərinin ruhuna hörmətsizlikdir. Zabil Məhərrəmov "debat”ı zəruri edən səbəblərdən danışır.

Qonağa bildirir ki, sözügedən konfransdan sonra onlara çoxlu müraciətlər olub, Rusiyadan, Avropadan, Azərbaycandan kanalın şərh bölümündə çoxlu təhqirlər yazıblar. Ermənistana satılmış separatçılar özləri də bilmədən paxırlarının üstünü açır. Məlum olur ki, Azərbaycanda, xüsusən cənub bölgəsində Ermənistana sığınmış əlikramçılara dəstək verən yoxdur. Hətta başqa ölkələrdə yaşayan sağlam düşüncəli talışlar belə, bu adamları ciddiyə almır. Əksinə, insanlar bu satqınları qınayır, ən pis ifadələrlə təhqir edirlər. Başqa necə olmalı idi ki? Azərbaycanda bu ölkənin türk, talış, ləzgi, tat, saxur, rus, yəhudi demədən bütün vətəndaşlarına qarşı təkcə ötən əsrdə bir neçə dəfə soyqırımı həyata keçirmiş, Qarabağ, Gəncə, Şamaxı, Quba, Bakı, Lənkəranda qanlı qırğınlar törətmiş, qoca, qadın və uşaqları amansızlıqla öldürmüş erməni quldurlarına, daşnak ekstremistlərinə münasibət birmənalıdır. Azərbaycan xalqı erməniləri Qafqaza gəlmə və dinc-yanaşı yaşama keyfiyyətlərindən uzaq bir xalq hesab edir. Xəstə təfəkkürlü erməni ideoloqları bütün Qafqazı hədəfləyiblər. Onların əsas hədəfi dənizdən dənizə Ermənistan yaratmaqdır.

Dəfələrlə Qafqaz müsəlmanlarına qarşı amansız qətliam törətmiş qriqorian ermənilər Azərbaycanın hansısa bölgəsinə, xalqına rəhm edərmi? Bunun əksini düşünmək hansı ağılın, məntiqin nəticəsidir?

"Alim”, "ziyalı” kimi təqdim olunmasından xoşnud olan Zahirəddin İbrahimi ağ yalan danışır, Azərbaycan xalqına, dövlətinə böhtan atmağı özünə rəva bilir. İddia edir ki, "30 ildir Azərbaycanda türklərdən başqa bütün azsaylı xalqlar əzilir”, "onların dili, milli hüquqları əlindən alınır, asimilyasiyaya məruz qalır”. Özü də "millət ataları” bunu Ermənistanın paytaxtından elan edirlər. Hər kəsə bəllidir ki, aparılan faşist siyasətinin nəticəsində bu gün Ermənistan monoetnik dövlətə çevrilib. "Ermənistan” adlı dövlət tarixi türk (Azərbaycan) torpaqlarında yaransa da, ötən əsrin 80-cillərində sonuncu azərbaycanlı da bu ölkədən qovulub. Ruslar, yəhudilər, ukraynalılar, kürdlər ölkəni tərk edib gediblər. Azərbaycanda isə heç bir xalqa qarşı etnik diskriminasiya, ayrı-seçkilik, deportasiya siyasəti aparılmayıb. Bu gün paytaxt Bakıda və digər bölgələrdə ruslar, ukraynalılar, yəhudlər, talışlar, ləzgilər, hətta ermənilər yaşayır. Ancaq bu ölkənin rəsmi dili Azərbaycan dilidir.

Ümumxalq səsverməsində qəbul edilmiş Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir. Bu dövlətdə insanlara dilinə, etnik mənsubiyyətinə, dininə görə ayrı-seçkilik qoyulmur. Azərbaycan xalqı Şərqdə ilk demokratik cümhuriyyəti yaratmış, qadınlara azadlıq, seçki hüququ vermiş ölkədir. Bəli, problemlər də var. Ancaq bu problemlərin ən böyüyü (Dağlıq Qarabağ) elə etnik separatçılıq nəticəsində yaranıb. Digər etnik separatçıları da şirnikləndirən erməni ideoloqlarıdır. Qondarma alim Zahirəddin İbrahimi 1992-93-cü illərdə mövcud olmuş Elçibəy hakimiyyətini də hədəfə alıb. Qeyd edib ki, guya həmin vaxt "pantürkistlər etniklərə qarşı xüsusi siyasət” aparıblar. Halbuki Prezident Elçibəy etnik azlıqlar haqqında fərman imzalamışdı. Həmin fərmana görə, etnik azlıqlar öz dilini, mədəniyyətini qorumaq, ana dilində təhsil almaq hüququ əldə etmişdilər.

Azərbaycanda etnik azlıqların dilində bu gün də məktəblər var. Talış balaları I-IV siniflərdə talış dili, əlifbası və ədəbiyyatını öyrənirlər. Ölkədə talış mədəniyyət mərkəzi fəaliyyət göstərir. Azərbaycan Dövlət Radiosunun xarici ölkələrə yayımında talış dilində 10 dəqiqəlik xəbər proqramı yayımlanır. Talış dilində şifahi xalq ədəbiyyatı nümunələri toplanaraq nəşr edilib. Bir sözlə Azərbaycan mədəniyyət müxtəlifliyinin diqqətlə qorunduğu ölkələrdəndir. Bunun əksini söyləyənlər Əlikram, Fəxrəddin və Zabil kimi erməni kəşfiyyatının sözünü danışanlardır. Erməni kəşfiyyatının məqsədi aydındır: Onlar Azərbaycanda xalqlar arasında ayrı-seçkilik, etnik münaqişə yaratmaq istəyirlər. Zabil Məhərrəmov kimi satqınlar da şərəfsiz missiya yerinə yetirir, bu siyasətdə "maşa” rolunu oynayırlar. Zahirəddin İbrahimi Azərbaycanı Rusiya, Dağıstan, İran, Əfqanıstanla müqayisə edir. Bildirir ki, guya bu ölkələrdə azsaylı xalqların dili qorunur. Rusiya federativ bir respublikadır. Burada 100-lərlə irili-xırdalı xalq yaşayır. 20-dən çox muxtar qurum var. Rusiyada olan muxtar respublikalardan bir neçəsi Ermənistandan, Moldovadan böyükdür. Ancaq o muxtar qurumlarda rəsmi dil rus dilidir. Orta və ali məktəblərdə də əsas dil rus dilidir.

Ötən il RF Prezidenti Vladimir Putinin muxtar qurumlarda milli dillərdə tədrisi məhdudlaşdıran fərman vermiş, bu siyasət qeyr-rusların narazılığına səbəb olmuşdu. 80 milyonluq İranda 40 milyondan çox türk (onların 35 milyonu azərbaycanlıdır) yaşasa da, rəsmi dil fars dilidir. Azərbaycanlıların, ərəblərin, bəlucların, kürdlərin, türkmənlərin, giləklərin, aysorların ana dilində məktəbləri yoxdur. Halbuki İran adlanan dövləti türklər qurub. Bu dövlətin hazırki coğrafiyasını türklər müəyyən edib. Zahirəddin İbrahiminin feodal patriarxal ənənələrin, dini cəhalətin hakim olduğu Əfqanıstanı Azərbaycanla müqayisə etməsi lap gülüncdür. "Alim” adlanan bu savadsız nadanın yadına salaq ki, Əfqanıstanda hakim xalq İrandilli sünni puştunlardı. "Əfqan” ümumi addır. Bu ad altında puştunlar, türk xəzərlər, qızılbaşlar, kürdlər, taciklər, özbəklər də gedir. Əfqanıstanda özəlliklə Talibanın hakimiyyətə gəlməsindən sonra dini və milli ayrı-seçkilik siyasəti hökm sürür. Şiə xəzərlər (hazaralar) qətl edilir, təhqir olunur, ölkədən çıxarılır. Azərbaycanda belə fakt olubmu? Xeyr, belə bir fakt yoxdur. Göründüyü kimi, Əlikram, Zabil, Zahirəddin kimi xəstə təfəkkürlü qisasçılar, bölücülər öz oyunlarına başqalarını da alət etməyə çalışır. Əslində, özləri də bilir ki, arxaların güc, dəstək yoxdur. Azərbaycan dövlətinin idarə olunmasında mühüm rol oynayan talış xalqı, Azərbaycan elmini, mədəniyyətini yaradılmasına iştirak edən talış alimləri, ziyalıları heç zaman bu satqınlara dəstək verməz. Çünki bu satqınlardan fərqli olaraq, sağlam düşüncəli insanlar erməni hiyləgərliyini, erməni xislətini yaxşı bilir.

Cebhe.info 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook