SON XƏBƏR

Erməni politoloqları prezidentlərin görüşündə heç bir şeyin dəyişmədiyini söyləyirlər

Oktyabr 18
11:57 2017
Erməni politoloqlar Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında Cenevrədə keçirilən görüşü Minsk prosesini növbəti dəfə canlandırmaq cəhdi olaraq qiymətləndiriblər.

Ermənistanın siyasi ekspertlərinin rəylərindən belə bir qənaət hasil olur ki, onlar mövcud status-kvonun dəyişməsindən yana deyillər. "İnsidentlərin araşdırılması mexanizmləri” deyilən bədnam və qeyri-müəyyən ideya ilə Azərbaycan tərəfini öz torpaqlarının müdafiə imkanlarından məhrum olmasında israrçıdırlar. Bundan başqa, bu məsələdə təkid etmədiyi üçün Serj Sərkisyanı tənqid edir və həmişəki kimi onları bu vaxta qədər qoruyan Rusiyanı günahlandırırlar.

Musavat.com Ermənistan mətbuatına istinadən düşmən ölkənin siyasi ekspertlərinin fikir və görüşlərini təqdim edir.

"Prezidentlərin Cenevrə görüşü Minsk prosesini diriltməyə imkan verə bilər”, - Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryan bildirib.
Politoloqun fikrincə, vasitəçilər eskalasiyanın artmasına yol verməməyə və təmas xəttində toqquşmaların sayını azaltmağa çalışırlar. Lakin danışıqlar prosesində irəliləyişin baş verəcəyinə ümid bəsləmək olmaz:

"Minsk qrupu son illərdə münaqişəni nizamlamağa deyil, sadəcə günü idarə etməklə məşğuldur. Vasitəçilərin təmas xəttində insidentlərin araşdırılması və nəzarətçilər mexanizimini işə salmasının ümumi nizamsalma prosesinə heç bir dəxli yoxdur. Onların işi zorakılığı azaltmaqdan və münaqişəni bu günkü vəziyyətdə saxlamaqdan ibarətdir. Həmsədrlər gələcəkdə də bu istiqamətdə işlərini davam etdirəcəklər”.

Digər politoloq, Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyan da son görüşün ümumilikdə pozitiv hal olduğunu, lakin optimizm üçün heç bir əsas vermədiyini söyləyib.

"Danışıqların baş tutması və dialoqun davam etdirlməsi barədə razılığın əldə olunması mütərəqqi hadisədir. Lakin bir ay sorna nə baş verəcəyini bilmək olmaz. İndi bu saat mövcud vəziyyət haqqında ancaq kameramanların termini ilə deyilsə, "stop-kadr”-dan danışmaq olar. Bütün hallarda danışıqlar müharibənin alternatividir”, - Mehrabyan bildirib.

Mehrabyan tərəflərin müzakirələrin yekununda təmas xəttində gərginliyin azaldılması mexanizmləri barədə müzakirə apardıqlarını, -lakin bunun nədən ibarət olmasını dəqiqləşdirilmədiyini söyləyib.

Erməni politoloqun sözlərindən belə çıxır ki Azərbaycan öz torpaqlarının müdafiəsi və ərazi bütövlüyünün bərpası üçün hər cür vasitədən məhrum olmalıdır:

"İlk olaraq snayperləri səngərlərdən çəkmək lazımdır. İkincisi, texniki vasitələrdən istifadə etməklə daimi monitorinqin təşkil olunmasıdır. Bunun üçün həm də əlavə kadrlar cəlb edilməsi vacibdir. Üçüncüsü, atəşkəsin pozulmasının araşdırılması mexanizmləridir. Dördüncüsü, atəşkəsi pozan tərəfi məsuliyyətə cəlb etmək yollarıdır”.

Doğrudur, Mehrabyan özü də bu dediklərinə inanmır: "Bütün bunlar yalnız nəzəriyyədir, həyata keçirilməsini proqnozlaşdırmaq isə olduqca çətindir”.
Ruben Mehrabyan münaqişənin nizamlanması prosesinə Rusiyanın maneçilik törətdiyini sözlərinə əlavə edib. Onun fikrincə, Rusiya Qarabağ savaşından hər iki tərəfə təzyiq göstərmk üçün istifadə edir.

Erməni politoloq Moskvanın Azərbaycan vasitəsilə İrəvanı müharibənin bərpa oluması təhdidi ilə şantaj etdiyini bildirir. Onun sözlərinə görə, Rusiya Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək məqsədilə Ermənistanı birtərəfli güzəştlərə məcbur etmək istəyir. O, Kremlin Sergey Qlazyevin dili ilə İrəvanda bu yöndə mesaj verdiyini qeyd edir.

Politoloq Stepan Səfəryan isə prezidentlərin Cenevrə görüşündən sonra qəbul olunan bəyanatı qeyri-müəyyən və bulanıq söz və ifadələrdən ibarət olduğunu bildirib.

Onun sözlərnə görə, gərginliyin azalması və münaqişənin nizamlanması ilə bağlı konkret hərəkətləri nəzərdə tutan Vyana və Sankt-Peterburq razılaşmalarından fərqli olaraq Cenevrədəki bəyanatda ancaq ümumi məqsədlərdən danışılır.

Siyasi icmalçı Ermənistanın Rusiyanın təzyiqi ilə Vyana razılaşmalarından geri çəkildiyini iddia edib. O, Qarabağ münaqişəsinin ən çox Rusiyaya sərf etdiyini bildirib.

Erməni politoloq danışqların yenidə başlamasının irimiqyaslı müharibə riskini azaltdığını, lakin atəşkəs rejiminin pozulması təhdidini ortadan qaldrmadığını qeyd edib.


Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook