SON XƏBƏR

Erməni məmurlar arasında silahlı "razborka"

Aprel 20
15:36 2017
Ararat vilayətində seçkilərdən sonra vəziyyət kəskin dəyişib. Vilayət rəhbəri ilə icma rəhbərlikləri, o cümlədən deputatlığa namizədlər arasında silahlı hesablaşmaların olacağı gözlənilir.
 
Erməni KİV-ləri xəbər verir ki, vilayəti hökmranlığı altına almağa çalışan və hakimiyyət orqanları tərəfindən himayə edilən Qriqoryan qardaşları (Ararat vilayətinin rəhbəri Aramayis Qriqoryan və deputat Arayik Qriqoryan) seçkidən sonra onlarla işləməyən dövlət rəsmilərindən intiqam alırlar.
 
Hələ seçkidən öncə müəyyən siyasi qüvvələr və media orqanları iddia edirdi ki, vilayət rəhbəri Qriqoryan kifayət qədər tez-tez icma rəhbərlərini, xüsusilə Arqam Abrahamayana gizli dəstək olan şəxsləri öz ofisinə çağırır və qardaşı Arayik Qriqoryana dəstək vermələri üçün təhdid edirmiş.(azvision.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook