SON XƏBƏR

Erməni ilə evlənən diaspor rəhbərimizin villası - Foto

Yanvar 24
06:09 2017
30 il ailəli olduğu azərbaycanlı xanım Əfsanə Sevigindən ayrılaraq, erməni qızı ilə ailə quran İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Seviginin bu ölkədəki bahalı villası üzə çıxıb.

Qlobal.az xəbər verir ki, İsveç Azərbaycanlıları Federasiyasından Publika.az-ın əldə etdiyi məlumatda villanın 10 milyon avro qiymətində olduğu bildirilir.

Hazırda sözügedən villada əslən Cənubi Azərbaycandan olan keçmiş həyat yoldaşı Əfsanə Sevigin yaşayır.

Geniş həyətyanı sahəsi olan sözügedən villa Avropanın ən bahalı regionlarından birində yerləşir.

Səttar Sevigin bu villanı Əfsanə Sevigindən boşanandan sonra İsveç bankına 5 milyon avroya girov qoyub. Hazırda bu ödəniş Əfsanə Sevigin tərəfindən ödənilir.

Əfsanə Sevigin isə İstiPress.com-a verdiyi müsahibədə ərindən təzəliklə ayrıldığını təsdiqləyib. O bildirib ki, hazırda dövlət işində çalışır və Səttar Seviginlə yollarını tamamilə ayırıb. "Sevigin" soyadını dəyişməməsinə gəlincə, Əfsanə xanım bildirib ki, bu soyad keçmiş ərinə aid deyil: "Biz uşaqlarla birgə türkcə bir soyadı almağa qərar vermişdik və Sevigin soyadını birlikdə seçmişdik. Bu soyadın Səttarla heç bir ilgisi ve bağlılığı yoxdur. Biz özümüz seçdiyimiz soyadını daşımağa davam edəcəyik. Səttar istədiyi zaman keçmiş soyadını daşıya bilər".

Qeyd edək ki, Azərbaycan diaspor rəhbərinin millətini sevən xanımından ayrılaraq erməni ilə ailə qurması gündəmi zəbt edib.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook