SON XƏBƏR

Erməni futbolçu Maşallah Əhmədovun müdafiəsinə qalxdı

Fevral 16
10:19 2017
Keçmiş SSRİ-nin futbol veteranları Maşallah Əhmədovun həbsdən buraxılması ilə bağlı ölkə prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar.
 
Bir nüsxəsi də "Futbol+" qəzetinə göndərilən açıq məktubda Əhmədovun 60 illik həyatında ilk dəfə səhv etdiyi vurğulanır, məhkəmənin işə yenidən obyektiv baxmaqla cəzanı yüngülləşdirməsi xahiş edilir. Məktubda Maşallah Əhmədov müsbət xarakterə malik insan, istedadlı futbolçu kimi təqdim edilib, onun bu cəzaya layiq olmadığı bildirilib.

Məktub müəllifləri arasında Oleq Bloxin, Valeri Qazzayev, Yuri Syomin, Hacı Hacıyev kimi tanınmışlarla birlikdə erməni futbolçu Eduard Markarovun da olması maraqlı məqamdı. "Neftçi" futbol məktəbinin yetirməsi olan erməni Markarov vacib məqamda Bakı klubunu İrəvan "Ararat"ına dəyişməsiylə yaddaşlarda qalıb.

Xatırladaq ki, məhkəmə Maşallah Əhmədovu biznes qurmaq üçün daş almaq və övladını işə düzəltmək adıyla vətəndaşa külli miqdarda zərər vurduğu üçün 8 il azadlıqdan məhrum edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook