SON XƏBƏR

Erməni əsilli nazir Saakaşvilinin qayıdışını Donbas hadisələri ilə müqayisə etdi

Sentyabr 11
17:01 2017
Ukraynanın daxili işlər naziri Arsen Avakov Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçməsini Donbasda silahlı münaqişənin başlaması ilə müqayisə edib.
 
Avropa.info xəbər verir ki, o, bu barədə öz "Facebook” səhifəsində yazıb. O, vəziyyəti 2014-cü ildə rus separatçılarının Ukrayna-Rusiya sərhədində dövlət binalarını ələ keçirməsi ilə müzakirə edib.
 
"Mən sərhədçiləri əzib cəzasızlıqdan sərxoş olaraq qaçan kütlənin kadrlarına baxanda 2014-cü ildə İzvarino sərhəd zastavasını xatırladım. Bağışlayın məni, bu analogiyanı gətirmək mənim üçün çox ağrılıdır, ancaq dejavu çox aydındır” – Avakov belə yazıb.
 
O deyib ki, sərhədi qanunsuz keçən Saakaşvili dərhal iki variantdan birini seçməlidir: "Şeqini” sərhəd-buraxılış məntəqəsinə, yaxud miqrasiya xidmətinə gələrək qeydiyyatdan keçməlidir.
 
Qeyd edək ki, Ukrayna vətəndaşlığından məhrum edilən Saakaşvili böyük qalmaqalla Ukrayna sərhədini keçmişdi. Tərəfdarları sərhəd mühafizəsini yararaq, onu Ukrayna ərazisinə keçirməyi bacarmışdılar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook