SON XƏBƏR

Erməni Aydınov: “Yaşasın Bakı” – 29 ildən sonra qayıtmaq istəyir

İyun 21
12:24 2018
"Mən Əmircanda andan olmuşam. Orda məni hamı tanıyır. Mən bakılıyam, bakılı musiqiçiyəm. Çox istərdim mənə icazə versinlər 29 ildən sonra Bakıya qayıdım”.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya KİV-lərəhazırda Dneprepetrovskda yaşayan erməni musiqiçi Edvard Aydınov deyib.

Aydınov deyir ki, o Azərbaycan dilini erməni dilindən gözəl bilir. "Mən bircə dəfə də olsa Ermənistanda olmamışam. Mən həmişə azərbaycanlıların arasında olmuşam. Mən Azərbaycanın çörəyi ilə böyümüşəm. Onların toyunda iştirak etmişəm. Mən bakılıyam. Bakıdan başqa hara üçün darıxmalıyam? Hansı bakılı Bakıya gəlmək istəməz ki? Yaşasın Bakı, dünyanın bütün bakılıları. Allah bütün bakılılara uzun ömür versin”,- deyı Aydınov bildirib.

Qeyd edək ki, Aydınov dəf ifaçısıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook