SON XƏBƏR

Ərdoğanın Vatikana və İtaliyaya səfəri başladı

Fevral 05
12:49 2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana və İtaliyaya səfəri başlayıb.
 
Virtualaz.org xatırladır ki, səfər Roma Papası Fransisikin dəvəti əsasında həyata keçirilir.
 
"Papa Fransisk 2014-cü il noyabrın 28-30-da ölkəmizə gəlmiş, Ankara və İstanbulda görüşlər keçirmiş, tarixi və müqəddəs yerləri gəzmişdi. Biz də indi cavab ziyarətinə gedirik. Bu ziyarəti insani dəyərlərə diqqət edilməsi, dostluq və sülh mesajlarının verilməsi baxımından əhəmiyyətli bir fürsət olaraq görürəm”, - Türkiyə prezdenti səfərə yola düşməmişdən əvvəl bildirib.
 
R.T.Ərdoğan qeyd edib ki, Vatikandakı görüşlərdən sonra Romada İtaliya prezidenti Sergio Mattarella və baş nazir Paolo Gentiloni ilə bir araya gələcək.
 
Onun sözlərinə görə, səfər zamanı Suriya, İraq və Liviyadakı vəziyyəti, terrorçuluğa qarşı mübarizəni, Qüds məsələsini müzakirə edəcəklər. Türkiyə prezidenti İtaliya ilə ikitərəfli ticarət əlaqələrini 2020-ci ilədək 30 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyduqlarını da söyləyib.
 
Xatırladaq ki, Vatikana sonuncu dəfə Türkiyə prezidentlərindən 1959-cu ildə Celal Bayar səfər edib.
 
Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Vatikana səfəri zamanı təhlükəsizlik qüvvələrinin 3500 əməkdaşı mühafizə edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook