SON XƏBƏR

Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Novruz Məmmədov təmsil edəcək

İyul 09
09:57 2018
Azərbaycanın baş naziri Novruz Məmmədov Türkiyəyə səfərə gedib.

"Report" xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

İyulun 9-da Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək. 

Andiçmə mərasimindən sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət ediləcək. Bu mərasimdən sonra qonaqların şərəfinə ziyafət veriləcək. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook