SON XƏBƏR

Ərdoğandan Süleymaninin qətlinə reaksiya: "Şoka düşdük"

Yanvar 06
09:42 2020
"Süleymaninin qətlindən 4 saat əvvəl Trampla danışdım”

"İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymanin öldürülməsindən 4 saat əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığımız oldu".

Arqument.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsahibəsində bildirib.

Ərdoğan vurğulayıb ki, həmin axşam Trampla söhbətimiz oldu, 4-5 saat sonra bu hadisə baş verdi: "Demək ki, məsələ planlaşdırılmışdı. Xəbəri eşidəndə şoka düşdük. Trampı bölgədə sülh yaratmağa çağırdım. Türkiyə bölgənin yalnız sabitlik adası deyil, bölgədəki sabitliyin də təminatçısıdır. Bu şüurla davranırıq, xüsusən davamlı diplomatiyaya diqqət çəkirik. Diplomatiyanı irəli aparmaq lazımdır".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook