SON XƏBƏR

Ərdoğandan anons: “120 saat fasilə bitdiyi anda yenidən başlayacağıq”

Oktyabr 21
10:19 2019
"40 illik siyasi həyatımızda heç vaxt regionlar arasında fərq qoymamışıq. Nə insanlarımız, nə şəhərlərimiz arasında fərq qoymuşuq. Ölkəmizi öz həfədlərinə mütləq çatdıracağıq. Türk millətinin başını hər zaman dik tutacağıq. Tarixi şanlı qələbələrlə dolu bu nəcib milləti heç vaxt məyus etməyəcəyik”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Rizə Tanıtma Günündə deyib.

O, fikirlərinə Türkiyənin artıq əvvəlki Türkiyə olmadığını deməklə davam edib:

"Türkiyə artıq 17 ilin əvvəlin Türkiyəsi deyil. Söhbət ölkəmizin yaşaması və millətimizin əmin-amanlığından gedəndə kimsənin icazəsini almaq ehtiyacı hiss etmirik. "Barış Pınarı” hərəkatıyla Türkiyənin yumşaq və sərt gücünü, əməliyyat qabiliyyətini, hərbi imkan və qabiliyyətlərini bütün dünyaya göstərdik. Cəmi 9 gün ərzində ən yetkili 765 terrorçunun zərərsizləşdirərək 1500 kvadrat kilometr ərazini təşkilatın zülmündən xilas etdik. 111 yaşayış məntəqəmiz nəzarət altındadır. 13 maddəlik razılaşmada 120 saatlıq bir fasilə müddəti var. Bu sürənin çoxu geridə qalıb. Buna əməl etsələr, nə gözəl, əməl etmədikləri təqdirdə isə 120 saat bitdiyi anda qaldığımız yerdən davam edəcəyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook