SON XƏBƏR

Ərdoğan: Türkiyə Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırdır

İyun 29
06:07 2017
Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Türkiyə Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırdır.
 
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "İzvestiya" qəzetinə deyib.
 
"Hazırda Suriyada neqativ proseslər gedir. Əgər bu bizim sərhədlərimizə təhlükənin yaranmasına gətirib çıxararsa, biz "Fərat qalxanı" əməliyyatındakı kimi reksiya verəcəyik", - Ərdoğan deyib.
 
Qeyd edək ki, "Fərat qalxanı” əməliyyatı İŞİD terror qruplaşmasına qarşı ötən ilin avqust ayında başlayıb. Mart ayının sonunda Türkiyənin baş naziri Binəli Yıldırım əməliyyatın uğurla başa çatdığını bəyan edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook