SON XƏBƏR

Ərdoğan: “Türkiyə Suriya və İraqda hərbi əməliyyatları davam etdirəcək”

May 07
10:01 2018
Türkiyə Suriya və İraqın şimal rayonlarında kürd terrorçularına qarşı hərbi əməliyyatları davam etdirəcək

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında öz seçkiqabağı proqramı ilə çıxışı zamanı deyib.

"Türkiyə dayanmayacaq və Suriyanın şimalındakı Ayn-əl-Arabdan Hasekeyə qədər, İraqda Sincardan Kandilyaya qədər olan ərazilərdə son terrorçu məhv edilənədək regionda əməliyyatları davam etdirəcək", - deyə "Anadolu" Ərdoğanın sözlərini sitat gətirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook