SON XƏBƏR

Ərdoğan: “Türkiyə Krımın ilhaq ediılməsini tanımır”

Oktyabr 10
06:41 2017
"Türkiyə əvvəlkitək Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və Krımın Rusiya tərəfindən ilhaq edilməsini tanımır”.

Qlobal.az Akşam-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya prezidenti ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz Krımın qeyri-qanuni ilhaqını tanımamışıq və tanımırıq”, - bunu o, Ukrayna prezidenti Pyotr Poroşenko ilə birgə brifinqdə deyib.

"Türkiyə Krım əhalisinin hüquqlarının qprunması üzrə addımlarını koordinasiya etməkdə davam edir”, - Ərdoğan qeyd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook