SON XƏBƏR

Ərdoğan: Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək

May 22
18:39 2018
İyunun 24-ü keçiriləcək prezident və parlament seçkilərindən sonra Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək.
 
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
O ümid etdiyini bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da İsrailin ticarət blokadasına salınması qərarını həyata keçirəcək.
 
R.T.Ərdoğan əlavə edib ki, İƏT-in son sammitində fələstinlilərin müdafiəsi üçün BMT-yə sülhməramlı qüvvələrin yaradılması təklif edilib:
 
"Biz hesab edirik ki, bu, İsrailin hərəkətlərinin qarşısını alacaq və onlar üçün BMT qüvvələrinə atəş açmaq asan olmayacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook