SON XƏBƏR

Ərdoğan: Trampdan müsbət siqnal aldım

Aprel 19
00:30 2017
1-0, yaxud 5-0 hesabla qələbə çalmağın önəmli deyil. Əsas olan matçı udmaqdır.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan referendum nəticələri haqqında CNN-ə açıqlama verərkən deyib.
 
"14-15 ildir ki, diktator deyirlər. Diktatorluqda prezidentlik sistemi deyə bir şey yoxdur. Burada seçki qutusu var. Demokratiya gücünü xalqdan alır. Bu da milli iradədir. Yeni sistem Türkiyənin demokratiya tarixində dönüş nöqtəsini bildirir”, - Ərdoğan bildirib.
 
ABŞ lideri Donald Trampın onu təbrik etdiyini bildirən Ərdoğan baş tutan telefon danışığından müsbət siqnallar aldığını deyib:
 
"ABŞ və Türkiyə müttəfiq olaraq bir çox problemi həll edəcək. Fətullah Gülənin ekstradisiyası məsələsində də ümidim var və bu ümidi qorumaq istəyirəm”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook