SON XƏBƏR

Ərdoğan: "Siz nəyin azadlıq mübarizəsini aparırsınız?"

İyun 04
07:08 2017
Türkiyədə ana müxalifətin başında olan şəxs tvit atır. Atdığı tvitdə haqq, azadlıq uğrunda mübarizə apardıqlarını bildirir. Bir şəhəri yandıracaq, dağıdacaq, polislərimizi şəhid edəcəksiniz və buna haqq və azadlıq mübarizəsi deyəcəksiniz?
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) Baş Assambleyasında çıxışı zamanı bildirib.
 
"Sizə nə oldu ki, haqq və azadlıq uğrunda mübarizə aparırsınız? Hüquq və azadlıq uğrunda mübarizə aparmaq Yaşılköy Hava Limanından qaçaraq, Bəkirköyün bələdiyyə sədrinin evinə sığınmaqmı? Onsuz da 15 iyulda qaçanlardan olmusunuz", - Ərdoğan qeyd edib.
 
Qeyd edək ki, Gəzi olaylarının ildönümündə CHP lideri Kamal Kılıçdaroğlu Tvitter hesabında Türkiyə xalqının azadlığı uğrunda mübarizə apardıqlarına işarə etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook