SON XƏBƏR

Ərdoğan Merkeli susdurdu...

Fevral 03
00:16 2017
Almaniyanın baş naziri Angela Merkel Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.

Mətbuat konfransı zamanı iki ölkə arasındakı münasibətlər,  terrorla mübarizədə birgə əməkdaşlıq və digər məsələlərdə toxunulub. Mətbuat konfransında İŞİD-dən danışarkən A. Merkelin "islamist terror” ifadəsi işlətməsi R.T.Ərdoğanın etirazına səbəb olub.
 
Bu səbəbdən də, Ərdoğan Merkelin sözünü kəsərək, terrordan danışarkən İslam dinindən bəhs etməməyi xahiş edib:
 
"İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Belə bir ifadədən istifadə doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. Belə bir ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək olar. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm”, - deyə Ərdoğan bildirib.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook